Məsləhətlər

Zehnin güclənməsi üçün dualar

 
(0 votes)

Zehnin güclənməsi üçün dualar

1. Hər gün sübh namazından sonra "Ərrəhman" surəsini "Fəbiəyyi alai Rəbbikuma tukəzziban" ayəsinədək oxumaq.

2. Şeyx Bəhai (rəhmətullah əleyh) "Təhzib" kitabında buyurmuşdur ki, zehnin güclənməsi üçün bu dua oxunulsun:

"Əllahummərzuqni fəhmən-nəbiyyinə və hifzəl-mursəlinə və ilhaməl-məlaikətil-muqərrəbinə aminə ya Rəbbəl-aləmin."

3. Hər namazdan sonra təcrübə olunmuş bu duanı oxumaq:

"Subhanə mən la yətədi əla əhli məmləkətih. Subhanə mən la yuaxizu əhləl-ərzi biəlvanil-əzab. Subhanər-rəufur-rəhim. Əllahumməcəl li fi qəlbi nurən və bəsərən və fəhmən və ilma. İnnəkə əla kulli şəyin qədir."

4. Zehnin güclənməsi üçün hər gün on dəfə bu duanı oxumaq.

"Fəfəhhəmnaha Suləymanə və kullən atəynə fəhmən və ilma. Və səxxərna məə Davudəl-cibalə yəsbəhnə vət-təyrə və alih. Əkrimni bil-fəhmi vəl-hifzi vəl-xəyri ya qaziyəl-hacat. Və səlli əla Muhəmmədin və alihi əcməin."

5. Hər gün sübh çağı bir kəslə danışmazdan qabaq bu cümləni demək:

"Ya Həyyu ya Qəyyum. Fəla yəfutu şəyun ilməhu və la yəuduh."

6. Hər gün sübh namazının nafiləsindən sonra bu duanı oxumaq:

"Əllahummə la tunsini ma əqrəu fi yəvmi haza. Fəinnəkə qultə sənəqrəukə fəla tunsi."

7. Bir şeyi unudan şəxs əlini alnına qoyub desin:

"Ənsaniyəhuma şeytan."

8. Salman Farsinin (rəhmətullah əleyh) hədisində nəql olunub ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur:

9. Həzrət Peyğəmbər(s)-dan nəql olunmuşdur ki, beş şey zehni gücləndirir:

1) Şirniyat.

2) (Heyvanın) boynunun yaxınlığında yerləşən ət.

3) Mərci.

4) Soyuq çörək.

5) "Ayətəl-kürsi"ni oxumaq.

"Mənəvi xəzinələr"


 151, 

Dostların veb səhifələri

15652815
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1219
7422
48362
15456216
127954
160067
15652815

sizin IP ünvanınız: 13.58.221.124
2024-12-22 04:13

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!