Misralar

Xuda məni, xəlq edib, var edəndə sevindim. Bu dünyaya gələndə, bir gedəndə sevindim.

Xuda məni , xəlq edib, var edəndə sevindim.

Bu dünyaya gələndə, bir gedəndə sevindim

 

Ömür yolu çox çətin, tikan dolu, daş dolu

Hərə bir cür, ömr edir,addımlayır bu yolu

Təkdi daim həyatda, insan olsa sağ-solu

Görüb cəfa cahanda, tərk edəndə sevindim

Xuda məni , xəlq edib, var edəndə sevindim.

Bu dünyaya gələndə, bir gedəndə sevindim

 

Gah üzülür görürsən, gahi dəki şad olur

Gah əziz insanlara, gahi dəki yad olur

Düşüb-çıxır həyatda, bərk-boşa, ustad olur

Həyat bir imtahandır, mən verəndə sevindim

Xuda məni , xəlq edib, var edəndə sevindim.

Bu dünyaya gələndə, bir gedəndə sevindim

 

İnsan eşqi tapmağa, gəzir cümlə cahanı

Məyus olur sonunda, sevibdi bi vəfanı

Kordu bəsirət gözü, görmür uca Xudanı

Sevgi elə Xudadır, dərk edə sevindim

Xuda məni , xəlq edib, var edəndə sevindim.

Bu dünyaya gələndə, bir gedəndə sevindim

 

Bəndə düşər, dərd-qəmə, dost olar əğyar ilə

Əğyar aldadar onu, dövlət ilə var ilə

Baxar görər, gəc düşüb, sevdiyi o, yar ilə

Racim deyib əğyari, dəf edəndə sevindim

Xuda məni , xəlq edib, var edəndə sevindim.

Bu dünyaya gələndə, bir gedəndə sevindim

 

Seyyid Orxan Neynəvayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 3581, 

Dostların veb səhifələri

14434707
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
734
4725
30702
14261152
143431
183089
14434707

sizin IP ünvanınız: 3.144.189.177
2024-04-27 03:50

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!