Munacatlar

“Aşura” ziyarətnaməsi

 

“Aşura” ziyarətnaməsi

 

Aşura ziyarəti həzrət Cəbrail (ə) tərəfindən həzrət Peyğəmbərə (s) söylənilmiş qüdsi hədisdir ki, imam Sadiq (ə) onu imamlardan (ə) silsiləvari şəkildə qeyd etmişdir. Hədislərdə bu ziyarətnaməni davamlı şəkildə oxumaq tövsiyə olunmuş, onu oxuyan şəxsin bütün istəklərinin qəbul olunacağı, Allah, Peyğəmbər (s) və İmamların (ə) həmin şəxs üçün zaminliyi öz öhdələrinə götürəcəkləri bildirilmişdir.

“Nəcmus-Saqib” kitabında imam Zamanın (ə.c) Seyyid Əhməd Rəşdiyə belə buyurduğu nəql olunmuşdur:

“Niyə Aşuranı oxumursunuz? Aşura, Aşura, Aşura duasını oxuyun”.

 

Ziyarətnamədən seçmələr

 

Salam olsun sənə, ey Əba Əbdillah! Salam olsun sənə, ey Allah tərəfindən göndərilmişin övladı! Salam olsun sənə, ey möminlər əmirinin, Peyğəmbər canişinlərinin ağasının oğlu! Salam olsun sənə, ey xanımlar xanımı Fatimənin (s.ə) oğlu!

Salam olsun sənə və sənin dərgahında təzim edən ruhlara! Nə qədər ki, mən varam və gecə-gündüz mövcuddur, mənim tərəfimdən sizin hamınıza Allahın salamı olsun. Ey Əba Əbdillah, sənin müsibətin bizə ağırdır. Sənin müsibətin göylərə və onun sakinlərinə də ağırdır.

İlahi, Hüseynin (ə) hörmətinə xatir məni dünya və axirətdə Öz dərgahında hörmət sahibi et! Ey Əba Əbdillah, səni sevməyimlə Allaha, Peyğəmbərə, Əmirəl-mömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq arzusundayam.

Mən sizinlə sülhdə olanla sülhdə, sizinlə müharibədə olanla müharibədəyəm. Sizi sevəni sevir, sizə düşmən olanla düşmənçilik edirəm.

Allahdan sizin Onun yanında olan haqqınız və dərəcəniz xatirinə istəyirəm ki, müsibətinizdən doğan qüssəmə görə mənə xeyirli mükafat versin, o mükafat ki, əzadarlara verilir. Bundan daha böyük müsibət olmaz. Bu müsibətin təsiri və acı nəticələri hələ də İslamda mövcuddur. Yer və göy sanki bu müsibətin əzadarlarıdır.

İlahi, məni o kəslərin zümrəsində qərar ver ki, Sənin tərəfindən rəhmət və əfv qazanacaqlar!

İlahi, mənim həyatımı Muhəmməd (s) və Əhli-beytin (ə) həyatı kimi, ölümümü də, Muhəmməd (s)  və Əhli-beytin (ə) ölümü kimi qərar ver.

İlahi, Muhəmməd (s) və onun sülaləsinə zülm edən ilk zalımlara və onların sonuncu davamçısına nifrin et! İlahi, Hüseynlə (ə) döyüşən və onu qətlə yetirmək üçün əlbir olanların hamısına nifrin et!

Salam olsun sənə, ey Əba Əbdillah və hüzurunda təzim edən ruhlara, Allahın salamı olsun sizə nə qədər ki, mən diriyəm və gecə-gündüz yerindədir. İstəyirəm ki, Allah bu ziyarəti mənim sonuncu ziyarətim etməsin. Salam olsun Hüseynə və Əli ibn Hüseynə və Hüseynin övladlarına və Hüseynin dostlarına!

İlahi, imam Hüseynin (ə) şəfaətini mənə nəsib et!

 

Alimlərin həyatında Aşura ziyarəti

 

Şəhid Dəstiğeyb mərhum şeyx Əbdülkərim Hairidən maraqlı bir əhvalat nəql edir. Belə ki, Hairi Samirrada dini elmləri öyrənməklə məşğul olduğu vaxt oranın əhalisi vəba və taun xəsətəliyinə mübtəla olmuşdu. Hər gün onlarla adam ölürdü. Mərhum Mirzə Muhəmməd Təqi Şirazi təklif edir ki, bu bəladan xilas olmaq üçün camaat on gün Aşura ziyarəti oxuyub savabını imam Zamanın (ə.c) möhtərəm anası Nərgiz xatunun ruhuna hədiyyə etsinlər. Aşura ziyarəti oxunmağa başlanan gündən camaat arasında ölüm halları dayandı və bəla onlardan uzaqlaşdı.

Mirzə Şirazinin Kərbəladakı mənzilində Aşura günləri rozə oxunardı. Aşura günü alimlər tələbələrlə birlikdə həzrət imam Hüseyn (ə) və həzrət Əbülfəzlin (ə) hərəminə gedər, əzadarlıq edərdilər. Mirzə hər gün otağında Aşura ziyarəti oxuyar sonra aşağı düşüb əzadarlıq məclisində iştirak edərdi.

***

Şeyx Ənsarinin nəvəsi şeyx Murtəza haqqında deyirlər ki, onun adətlərindən biri də hər gün iki dəfə – sübh və əsr vaxtları Aşura ziyarəti oxumaq idi. Vəfatından sonra bir kəs onu yuxuda görür və əhvalını soruşur. Cavabında üç dəfə: “Aşura, aşura, aşura” – deyir.

***

İraqın mərceyi-təqlidi mərhum şeyx Cavad Ərəb yuxuda həzrət Əzraili (ə) görür. Salam verdikdən sonra soruşur:

– Haradan gəlirsən?

– Şirazdan. Mirzə İbrahim Məhəllatinin ruhunu təhvil almışam.

– Onun ruhunun halı bərzəx aləmində necədir?

– Ən yaxşı halda və bərzəxin ən yaxşı bağlarındadır. Allah min mələyi ona xidmət üçün təyin etmişdir.

– Hansı əmələ görə bu məqama çatmışdır?

– Aşura ziyarəti oxuduğuna görə.

Mərhum Mirzə Məhəllati ömrünün son otuz ilində Aşura ziyarətini oxumağı tərk etmədi. Xəstəlik və ya hər hansı bir iş səbəbilə oxuya bilməsəydi, naib tutardı.

***

İmam Xomeyni Nəcəfdə qaldığı müddət ərzində əksər ziyarət günlərində imam Hüseynin (ə) qəbrinin kənarında olardı. Aşura ongünlüyündə hər gün məşhur Aşura ziyarətinin salam və lənət hissələrinin hər birini yüz dəfə təkrar etməklə oxuyardı.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5796, 

Dostların veb səhifələri

15659694
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8098
7422
55241
15456216
134833
160067
15659694

sizin IP ünvanınız: 3.15.26.184
2024-12-22 23:17

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!