Quran Elmləri

Əli ibn Əbu Talibin Quranı toplaması

Əli ibn Əbu Talibin Quranı toplaması

Peyğəmbərdən (s) sonra İslamın ən böyük şəxsiyyəti olan və bütün sahələrdə öncül olmuş Əli ibn Əbu Talib nüzulun əvvəlindən Peyğəmbərin (s) xidmətində olmuş və vəhyi yazmışdır. Peyğəmbər (s) ömrünün son günlərində ona Quranı toplamağı əmr etdi: “Ey Əli! Quran mənim yatağımın yanında səhifələrdə və kağızlardadır. Quranı bir yerə yığın, yəhudilər Tövratı aradan apardığı kimi siz də Quranı zay etməyin”.

Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra Quran nazilolma ardıcıllığı ilə səhifələrə yığdı və altı ay müddətində bu işi tamamladı.

Əlinin (ə) mushəfinin xüsusiyyətləri bunlar idi:

  1. Əli (ə) surələri nazilolma ardıcıllığına görə düzmüşdü;
  2. Əlinin (ə) mushəfinin qiraəti Peğəmbərin (s) qiraəti ilə uyğun idi;
  3. Bu mushəfdə ayələrin nazilolma yerləri hərtərəfli işıqlandırıb.

 

“Biharul-ənvar”da nəql olunmuş bir rəvayətdə deyilir: “Əli ibn Əbu Talib (ə) Quranı topladıqdan sonra onu məscidə camaatın yanına apardı və Quranı onlara göstərib buyurdu: “Peyğəmbər (s)  buyurmuşdur ki, mən sizin aranızda elə bir şeyi əmanət edirəm: Allahın kitabı və Əhli-beyti (ə). Ondan yapışsanız heç vaxt yolunuzu azmazsınız”. Sonra Əli (ə) onlar xitabən buyurdu: “Bu Allahın kitabıdır, mən də onun itrəti”. Bu zaman bir şəxs ayağa qalxdı və dedi: “Əgər sənin əlində kitab varsa, bizdə də həmin kitabdan var. Bizim kitab və itrətə ehtiyacımız yoxdur”. Həzrət Əli (ə) onlara höccəti tamamladıqdan sonra kitabı götürdü və getdi.

Əli (ə) buyurur: “Mən mushəfimi Peyğəmbərin (s) buyurduğu kəsə – məndən sonra vəsim olacaq övladım Həsənə (ə) verəcəm. Övladım Həsən (ə) onu digər oğlum Hüseynə (ə) verərək ondan sonra isə bir-birinin ardınca Hüseynin (ə) övladlarına çatacaq”. 

Təsüflər olsun ki, nadan camaat bu elm cövhərinin qədrini bilmədilər.  Təsüb hissi, inadkarlıq səbəbindən ən mühüm və vacib bir işin üstündən xət çəkdilər. Elmlərinin azlığı və dünyagörüşlərinin dar olması gələcəkdə qarşılaşacaqları problemləri görməyə mane oldu. Yalnız Yəmamə müharibəsinə qədər.

 Hicrətin 9-cu ilində Yəmamadən bir qrupla Peyğəmbərin (s) yanına gələn Musəyləme Kəzzab, bu səfərdən qayıtdıqdan sonra mürtəd oldu və yazdığı bir məktubda peyğəmbərliyə şərik olduğunu iddia etdi. Bu hadisədən sonra Peyğəmbər ona Musəyləmeye Kəzzab ləqəbini verdi. 12-ci hicri ilinin Rəbiyul əvvəl ayında, yəni Əbu Bəkirin xilafətinin ikinci ilində isə  Yəmamə müharibəsi baş verdi. Bu, onun xilafəti dövründə baş verən ən mühüm fitnələrdən biri idi. Əbu Bəkir Xalid ibn Vəlidin komandanlığı ilə bir qoşunu Musəyləmə ilə döyüşməyə göndərdi. Xalidin 4500 nəfərdən ibarət qoşunu Musəyləmənin 40 min nəfərlik tərəfdarları ilə döyüşdülər. Nəticədə Musəyləmə öldürüldü və Əbu Bəkirin göndərdiyi qoşun qələbə çaldısa da,  bu çox baha başa gəldi, çünki ölən müsəlmanların sayının 1700 nəfər olduğu göstərilirdi. Bu ölənlərin içərisində ya 700, ya 450 və ya ən azı 80 səhabə və Quran hafizi var idi.

    Bu hadisədən sonra Ömər buna bənzər hadisənin baş verəcəyindən nigaran olub 1-ci xəlifəyə Quranı cəmləmə təklifini irəli sürdü. Əbu Bəkir bu təklifi qəbul edərək, Zeyd ibn Sabiti Quranı cəmləmək üçün məmur etdi.

 Zeyd ibn Sabit deyir:

  Yəmamə müharibəsindən sonra Əbu Bəkir məni hüzuruna çağırdı. Əbu Bəkirin yanına daxil olduğumda Ömər də orada idi. Əbu Bəkir mənə dedi: – Yəmamə müharibəsində çoxlu Quran hafizləri və qarilərinin itkisi üz verdi. Baş verəcək digər müharibələrin nəticəsində digər qarilərin də ölmə və Quranın əsas hissəsinin aradan getmə təhlükəsi var. Məsləhət budur ki,  Quranın toplanma göstərişi verilsin. Ömərə dedim ki, Allahın Rəsulunun yerinə yetirmədiyi bir işi necə yerinə yetirmək istəyirsən? O cavab verdi: Allaha and olsun ki, bu yaxşı işdir. O zamandan bəri o, davamlı olaraq mənə müraciət etdi. Sonra Allah bu işdə mənə aydınlıq nəsib etdi və mən Ömərlə eyni rəyə gəldim.

   Bunları nəql etdikdən sonra Əbu Bəkir mənə dedi: - Sən cavan, ağıllı və etimad edilən bir şəxssən və sən Peyğəmbərə gələn vəhyi yazanların birisən. Beləliklə, Quranı cəmləməyə başla!

  (Zeyd deyir :) Allaha and olsun ki, əgər məni bir dağı yerindən qoparmağa məmur etsə idilər bu işdən çətin olmazdı.

Sonra Quranın tədqiqatı və dəqiq öyrənilməsi ilə məşğul oldum və xurma budaqlarının , ləpik daşların üzərindəki Quran yazılarını və camaatın yaddaşında olanları bir yerə topladım.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5317, 

Dostların veb səhifələri

15656101
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4505
7422
51648
15456216
131240
160067
15656101

sizin IP ünvanınız: 18.216.57.57
2024-12-22 13:36

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!