Tibb

Viruslarla necə mübarizə aparaq?

                                                                                  Viruslarla necə mübarizə aparaq?                                                                                                                                                                                                                                                                                             

İnsan orqanizminə nüfuz edən xəstəlik simptomları və müxtəlif yoluxucu viruslardan xilas olmaq üçün xalq təbabətində bir sıra tövsiyyələr olunmuşdur. Dünyada tibb çox inkişaf edib və bir çox xəstəliklərin çarəsi tibbi tədbirlərlə tapılıb. Lakin, bununla yanaşı xalq təbabətinin də böyük təsirli müalicə üsulları var. Sadəcə insanların bu barədə çoxlu məlumatları yoxdur. İslam təbabəti və ya xalq təbabəti, hər ikisi eyni təbabətdir. Onları bir-birindən fərqləndirən budur ki, “İslam təbabəti” Peyğəmbərdən (s) və məsum imamlardan (ə) insan sağlamlığı üçün qeyd olunan faydalar toplusudur. Diqqət etsək, xalq təbabətində bir sıra faydalar həmin mənbələrdən əxz olunmuşdur. “Xalq təbabəti” adı ilə məşhur olmuş tibbdən qədimdə müsəlmanlar çox istifadə ediblər və bu yolla bir çox xəstəliklərin qarşısını alıblar. Ümumilikdə tibbdə ən böyük tövsiyyəsi budur ki, insan bədənini daim güclü saxlamalıdır. Əks halda bədən zəiflədikdə xəstəlik ona tez təsir edər. Son günlərdə dünyanın bir çox yerlərində insanlar “Karona virus” adlı xəstəlikdən əziyyət çəkirlər. Mütəxəssilər, həkimlər bu yoluxucu virusun qarşısını almaq üçün çoxlu tədbirlər görürlər. Amma bu elə bir xəstəlikdir ki, onun qarşısını almaq təkcə həkimlərin öhdəsində deyil, həm də fərdlər də bu işdə çalışmalıdırlar. Çünki, onun yayılmasının səbəbləri var və hər kəs bu səbəbləri yaxşı tanımalı, özünü və ətrafını bu təhlükədən qorumalıdır. Bunun üçün əsasən bir neçə mərhələ var ki, onları bilmək zəruridir.

1- Bədənin umitetini qaldırmaq Virus əgər tənəffüz orqanından içəri daxil olursa 4 və ya 5 gün boğazda qalır. Sonra mədəyə gedən yolun və ağ ciyərə gedən borunun əvvəlində qalır və onlara tərəf getməyə hazırlaşır. İlkin əlamət budur ki, boğazda göynəmə hiss olunur. Bunu aradan qaldırmaq üçün birinci iş budur, qaynaq suya duz tökürsüz (1 st. 1x/q), tam həll edəndən sonra bu məhlulu qarqara etmək lazımdır. Qar-qara az-az, təqribən 35 saniyə davam etməlidir. Edə bilərsiz qar-qara əsnasında başı bir qədər aşağı salıb sonra yenidən yuxarı qaldırasınız. Qar-qara edən vaxt başı sağa-sola döndərib təkrar qar-qaranı davam edirsiniz. 1 stəkanı 5 dəqiqənin ərzində qar-qaranı edib boşaltmalısınız və bu qar-qaranı etməklə çox tələsməyin. İmkan verin boğazınızı dəqiqliklə təmizləsin. Bu müalicəni hər gün üç dəfə (səhər, günorta və axşam) təkrar edirsiniz. İstər kimsə xəstəlikdən şübhə duysun, istərsə də qəti şübhələnməsin və onu tutacağına inanmasın, fərq etməz, hər iki halda bu sadə bir tədbirdir və digər xəstəliklərin də insan vücuduna nüfuz etməsinin qarşısını alır.

2- Tənəffüz yolunu təmizləmək – Əgər görsəniz ki, boğazda göynəmə halı keçmədi, məsələn, 2 və ya 3 gün bu proseduru təkrarladınız, amma keçmədi. Bu zaman nə etmək lazımdır? Üçüncü gündən başlayaraq bir diş sarımsağın qabığını soyursunuz və dişin arasına salırsınız. Arada çox yumşaq və yavaş formada onu dişləyirsiniz. Dişi yavaşca onun üstünə basırsınız ki, suyu çıxsın və ağıza yayılsın. Sarımsağın suyunda bir maye var və adı “Alisin” dir (alisin maddəsi) və tənəffüz hüceyrələrindən tam içəri keçə bilir. Tam antibakterialdır və müxtəlif mikrobların əleyhinədir. Bu tənəffüzü edəndən sonra dərindən ki, nəfəs aldınız, sarımsağı dişləyib və ondan çıxan su (alesin buxarı) ağ ciyərə istiqamət alır. Bu zaman 10 saniyə nəfəsi saxlayırsınız ki, yaxşı yayılsın. 80% tənəffüz yolu bundan təmizlənir və pis qoxu da aradan gedir.

3- İsti buxardan istifadə etmək – Əgər görsəniz ki, boğazda pis qoxu hiss olundu və yaxud çirk gəldi, deməli sizdə artıq öskürmə əlamətidir. Əgər öskürək başlayıbsa, bu halda buxar yolu ilə müalicə etməlisiniz. Isti pardan istifadə etmək üçün odun üzərinə qazanda su qoyursunuz və onu möhkəm qaynadırsınız. Sonra oddan götürüb üzünüzü para tutursunuz və üstünü bir parça ilə örtün ki, par kənara çıxmasın və böğaz yoluna yaxşı siraət etsin. Hətta həmin suda sarımsağı da qaynadıb onunla burun parı edə bilərsiniz. Amma diqqət edin ki, bu parda gərək gözləriniz bağlı olsun.

4- Bal və limonla müalicə Əgər xəstəlik bir az sərtləşibsə, məsələn yuxarıda qeyd olunan üç mərhələdən xəbərsiz olub və heç birini yerinə yetirməyib, onda bu üç mərhələni bir yerdə etməlidir. Bundan başqa bir qaşıq limonun təzə suyunu və bir qaşıq balı qarışdırıb yesin. Yəni üç proseduru etdikdən sonra 4-cü prosedur limonla balı qarışdırıb yeməkdir.

Sağlamlığınız üçün faydalı qidalar – Sağlamlıq üçün bir çox faydalı qidalar var və onların hər biri haqqında (ebedinur.info saytının Tibb və Məsləhətlər bölməsi) digər bölmələrdə izah vermişik. Bir neçəsinə bu mövzuda toxunuruq; Çaylar rəngsiz içilməli, sulu yeməklərdən çox istifadə olunmalıdır. Sağlamlığınız üçün hər vaxt istifadə edə biləcəyiniz çox asan və sadə bir şorba tövsiyyə olunur. Südü (2 st. süd) bişirin, qaynara düşən zaman 1 ədəd soğanı narın-narın doğrayın və südə əlavə edin bişsin. Bişəndən sonra edə bilərsiz ayrıca bir neçə sarımsağı zeytun yağında qovurub həmin südə qata bilərsiniz. Bundan başqa südə edə bilərsiniz kökü rəndələyib üstünə bir qədər cəfəri, keşniş, kərəvöz doğrayın və südə əlavə edin. Bu da bir növ şorbadır və çox effektlidir. Hətta bu şorbaya göbələyi də proteyin kimi əlavə etmək olar. Bu şorba orqanizm üçün çox önəmlidir və onu hər gün bir dəfə qəbul etmək lazımdır. Ən azı günaşırı yemək də olar. Rəngi az olan çay və bu şorba bədənin sağlamlığının sürətini çoxaldır.

Ümumiyyətlə evin havasını tez-tez dəyişmək, ağızı daim rütubətli saxlamaq, isti çay içmək, ilıq su içmək, qaynar suyu az soyudub içmək və s. bütün bunlar tənəffüz orqanlarının təmizlənməsində mühüm amillərdəndir. Yadınızda olsun müxtəlif iynələr var ki, onlar bədənə ziyanlıdır, hətta, ölümə səbəb ola bilər. Ola bilər ki, karona virusla və digər viruslarla bağlı bu iynələrdən istifadə olunsun; Kortizon, Hidrokortizon, Deqzametazon, Betametazon. Bu iynələr təhlükəlidir. 99% yuxarıda deyilən mərhələləri yerinə yetirməklə xəstəliyin qarşısını almak mümkündür və sağlamlıq bərqərar olar.

Ən mühüm məsələlərdən biri budur ki, stres, qorxu, fobiya qəti yaşamayın!!! İnsan ruhən nə qədər şad və sərbəst olsa, nə qədər yüksək əhval-ruhiyədə olsa, bir o qədər umiteti güclənəcək. Heç vaxt sizi narahat edən qəmli, üzücü, həyəcanlı xəbərləri yaşayaraq izləməyin. Belə informasiyalara soyuqqanlı yanaşın, amma tədbiri heç vaxt əldən verməyin. Özününzün, ailənizin, yaxınlarınızın, ətrafınızın və s. sizə ehtiyyacı olan insanların xidmətində olun. Faydalı tibbi nəsihətləri yayın.

Bir mətləbi də əlavə etmək istəyirəm. Tövsiyyə olunub ki, hər altı saatdan bir yatmazdan əvvəl və yuxudan oyanandan sonra bu dörd mərhələni 14 gün ərzində edin. Çünki, karona virus 14 gün ərzində bədənə daxil olur və onun əlamətləri bu müddətdə bilnir. Bu işi görməklə həm onun əlamətlərini və həm də virusun özünü aradan aparmaq mümkündür. Bundan başqa əgər digər xəstəlik varsa (soyuqdəymə, qrip və s) onları da yox edir.

Bilin ki, bu virus bədənə iki orqandan daxil olur, ağız və boğaz. Elə isə ağızı və boğazı həmişə təmiz saxlamalaı və daim rütubətli olmalıdır.

Bu məlumatı paylaşmaqla biz dostlarımızın, əzizlərimizin və minlərlə insanın həyatını təhlükədən qurtara bilərik. Yadınızda saxlayın ki, bu virus karona kobit/19 dur və dörd gün boğazda qalır. Əsaslı bir əlaməti yoxdur, təkcə yüngülvari asqırmaq və öskürmək ola bilər. Çox bərkisə bir az öskürək çoxalır. Bunu müşahidə edən zaman çoxlu qaynaq su için və ya par-buxar qəbul edin ki, boğazın yolu yumşalsın. Bəzi insanların böğazı duza qarşı daha həssasdır və onlar qaynar suya 1 x/q təbii ev sirkəsi də əlavə edə bilərlər. Sirkə də çox güclü məhluldur, bir şərtlə ki, təbii olsun. Hər halda ağızı və boğazı qəti şəkildə quru saxlamaq olmaz.

Bu gün dünyanın bir çox yerlərində virusla mübarizə davam edir. Bu yolda həkimlər, alimlər öz dəyərli tövsiyyələri ilə minlərlə insanın xidmətindədirlər. Allah tezliklə bu xəstəliyi dünyanın üzərindən götürsün. Amin!

(Növbəti bölməmizdə virusun qarşısını almaq barədə digər tövsiyyələri əziz oxucularımızın nəzərinə çatdıracağıq)

Hazirladı: İlahiyyatçı, Sara Zahidqızı

Doktor Tohid Naiminin məsləhətlərindən istifadə olunmuşdur

 

 

                                                                          Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Aiddir


 441, 

Dostların veb səhifələri

6438954
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1130
4283
22005
6268341
25401
199391
6438954

sizin IP ünvanınız: 35.169.107.85
2020-08-06 06:25

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!