Yazar Qələmlər

İsmi əzəm

 

İsmi əzəm

 

İsmi əzəmın mənası «əzəmətli hərflər» deməkdir.

İləyh (Allah) kəlməsi ilə başlayır, huvə (yəni o) kəlməsi ilə qurtarır. İsmi əzəm hərflərində nöqtə yoxdur. Hərəkələrini (işarə, saitlər) dəyişsən belə, məna dəyişmir.

Hər kim gün ərzində 11 dəfə oxusa, bütün işləri asanlaşar.

 

İsmi əzəm hansı ayələrdir?

 

İsmi əzəm ayələri Qurani-Kərimin  beş ayəsində gəlib.

1) «Bəqərə» surəsinin 255-ci ayəsində;

2) «Ali-İmran» surəsinin 2-ci ayəsində;

3) «Nisa» surəsinin 87-ci ayəsində;

4) «Taha» surəsinin 8-ci ayəsində;

5) «Təğabun» surəsinin 15-ci ayəsində.

 

İsmi əzəm barədə İslam alimlərinin fərqli fikirləri

 

1) Ümumiyyətlə, sidqi qəlblə Allahı çağırmağa ismi əzəm deyirlər.

2) Xüsusi kəlmələrdir. «Ər-rahmən», «Zəl cəlali vəl ikram», «Bismillahir-Rahmənir-Rahim» kəlmələrinin gözün ağla qarasının yaxınlığı qədər İsmi əzəmlə yaxınlığı var.

3) Huvə (yəni o) kəlməsi və yaxud Müqəttə (yəni bir neçə hərfdən ibarət olan kəlmə) hərfləri İsmi əzəm deməkdir.

4) Ümumiyyətlə ismi əzəm 73 hərfdən ibarətdir. On dörd məsum 72 hərfi biliblər. Yerdə qalan bir hərf isə Allahın özünə məxsusdur. Allahdan başqa onu heç kim bilməz.

Allah «Nəml» («Qarışqa») surəsinin 38, 39 və 40-cı ayələrində ismi əzəmdən cəmi bir hərf bilən Həzrət Süleyman peyğəmbərin (ə) nümayəndəsi Asif Bərxiya oğlunun, Günəşə pərəstiş edən Səba padşahı Bulqeysin taxtını Yəməndən bir göz qırpımında gətirməsindən söhbət açır.

Amma «Rəd» surəsinin 43-cü ayəsində ümumi formada ismi əzəmi bilən şəxs barədə (bir hərfdən başqa) söhbət açılır. İslam peyğəmbəri (s) bu şəxsin Əli (ə) olduğunu bildirir.

Bəzi peyğəmbərlərin ismi əzəmdən bir neçə hərf bilməsinə tarixdə rast gəlirirk. Misal üçün, Adəm (ə) 25-ni, Nuh (ə) İbrahim (ə) 8-ni, Musa (ə) 4-nü, İsa (ə) 2-ni, Həzrət Muhəmməd (s) isə 72-sini bilərmiş.

 

İstifadə olunan mənbə: Mərhum Əllamə Məclisi, «Tarixe ənbiya», c.1

İlahiyyatçı, Muhəmməd Nicat

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 6087, 

Dostların veb səhifələri

14398393
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2801
4599
26130
14222443
107117
183089
14398393

sizin IP ünvanınız: 3.133.79.70
2024-04-19 09:44

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!