Yazar Qələmlər

ODDA YANMAYAN HİCAB

 
(0 votes)

ODDA YANMAYAN HİCAB 

6 mart 2009 (olmuş əhvalat)

Otuzuncu illərin axırları idi. Azərbaycanda sovet hakimiyyətinin çoxdan qurulmuş olmasına baxmayaraq, “kommunizm quruculuğu” işlərinin müqəddimələrindən sayılan qadınlara “bərabərlik və azadlıq verilməsi” məsələsi hələ də günün mühüm tələblərindən biri olaraq qalmaqda idi.

Elə bu iclas da həmən məsələyə həsr olunmuşdu. Kənd sovetinin sədri Müslüm kişi raykom katibinin də iclasda iştirak edəcəyindən xəbər tutan kimi, bütün camaatı səfərbər etdi. Hamı kənd klubuna yığışmışdı. Alovlu çıxışlar bir-birini əvəz edirdi. Çıxışçılar öz nitqlərini bitirdikdən, necə deyərlər, nəzəri hissə bitdikdən sonra, növbə bədii, yəni, praktik hissəyə çatdı. Camaat üzərində “Yaşasın Kommunist Partiyası!”, “Qadınlara azadlıq!”, “Köhnəliyin qalığı olan çadraya yox deyək!”, ”Yaşasın fəhlə-kəndli hökuməti!” sözləri yazılmlş lozunqlarla klubun qarşısındakı meydanda tonqalın ətrafına gəldilər. Hamı həyəcanlı idi. Görəsən ilk addımı kim atacaq? Hərçənd ki, qonşu kəndlərdə artıq belə tədbirlər keçirilmişdi, amma bu kəndin camaatı hələ də inad göstərir, tərəddüd edirdi. Başındakı çadranı çıxarıb oda atmağa heç bir qadın cürət etmirdi. Həyat yoldaşının başını açmağa isə heç bir kişinin əli gəlmirdi.

Beləliklə bir neçə dəqiqə beləcə tonqalın ətrafında bir-birinin üzünə baxa-baxa durdular. Nəhayət, Müslüm arvadının qolundan dartaraq təntənəli surətdə meydanın ortasına gətirdi. Nəzərlərini bütün adamların üzərində gəzdirdi. Raykom katibinin də ona baxdığından əmin olduqdan sonra əlini uzadıb çadranı qadının başından götürdü. Bürmələyib oda atdı. Özündən razı halda fəxrlə, təbəssümlə camaatın üzünə baxdı. Onun bu hərəkətindən sonra qabaqcadan tapşırıq almış bir neçə qadın da bu hərəkəti təkrar etdi. Camaatın içinə hay-küy düşdü, iki-iki, üç-üç dağılışmağa başladılar. Adamların içindən: “Ay balam, siz neyniyirsiz? Belə də iş olar?”, - deyə kəndin ağsaqqalı Kərim əmi dilləndi, “Bu Allah kitabına ziddir, günahdır!”.

- Sənə ki, qəbir üstündə “Yasin” oxumağı heç kim qadağan etmir? Qoca kişisən. Hökümətlə hökümətlik edəcəksən? - deyə Müslüm cavab verdi. Sonra xəcalətindən başını qaldıra bilməyən arvadı Zərnigarın əlindən tutub evlərinə yollandı.

Həmin günün sonunda, illər keçsə də, heç kəsin unuda bilməyəcəyi bir hadisə baş verdi. O camaat ki, tonqalın ətrafındakı mərasimdə iştirak etmişdilər, demək olar ki, hamısı Müslüm kişigilin qapısında toplaşmışdı. Müsibət üz vermişdi. Müslümün gözünün ağı-qarası, yeganə oğlu qəflətən vəfat etmişdi.

Xəbəri eşidən qonşu qadınlar Zərnigara təsəlli vermək üçün onların evlərinə gəlmişdi. Qaynanası Fatimə xala da Zərnigara qoşulub için-için ağlayırdılar. Müslüm çaşqın halda dəfn işləri ilə məşğul idi. Otağa girib anasına yaxınlaşdı:

* Ana çarşabını ver, mafənin üstünə çəkək.

Fatimə xala ağlaya-ağlaya qara çarşabı dolabdan çıxartdı, Müslümə uzatdı. Müslüm çadranı əlinə aldı. Baxdı... Sonra üzünə söykəyərək hönkür-hönkür ağladı.

Böyük bir insan axını çiyinlərdə olan tabutu əhatə edərək qəbristanlığa doğru gedirdi. Kərim əmi də izdihamın önündə yeriyərək, əlində Çərəkə, “Ər-Rəhman” oxuyurdu: ”...Fəbiəyyi ələi Rabbikumə tukəzzibən...” Bu sözlər Müslümə tanş idi. Vaxtilə rəhmətlik atası Musa onu həmən bu Kərim əminin yanına gətirib ona Quranı öyrətməsini xahiş etmişdi. Kərim əmi də həm Qurai-Kərimin oxunuşunu, və həm də ayələrin mənasını ona başa salmışdı. Bu ayənin də mənasını bilirdi Müslüm. “Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?”- deyirdi Müqəddəs Kitab.

“Mən nə etdim? Allahım, mən nə etdim? Mən yalan saydım. Mən sənin böyük nemətini, Quranı yalan saydım. Mən sənə üsyan elədim”, - deyə ürəyində öz-özunü məzəmmət etdi. Sonra ürəyindəkiləri dilinə gətirərək üzünü Kərim əmiyə tutdu: “Mən nə etdim, Kərim əmi?”

- Ay bala, - dedi Kərim əmi. Sən nə etmək istədinsə, onu da etdin. Sən bu “ çadra daloy” məsələsində xalqa nümunə olmaq istədin. Oldun da. Amma qurban olduğum öz hikmətilə elə etdi ki, bu nümunə olmağın sənə baha başa gəlsə də, camaatın gözünü açdı, xalqa fayda verdi...

Bikəxanım Əzimova,

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


 126, 

Dostların veb səhifələri

15652822
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1226
7422
48369
15456216
127961
160067
15652822

sizin IP ünvanınız: 18.118.162.166
2024-12-22 04:15

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!