Yazar Qələmlər

1 il Qurandan ayrı qalmaq (İbrətamiz hekayə)

 
(0 votes)

Quran və 1 il İbrətamiz hekayə

Bir şəxs öz xatirəsində yazır ki, bizim kəndin bir adəti vardı ki, hər il orucluqda məscidimizin pişnamazını növbə ilə hamı iftara dəvət edərdi. Bir gün növbə bizə çatdığı üçün onu dəvət etdik. Alim evə daxil olub namaz qılmaq üçün yer istədi. Mən onu bir otağa aparıb orda rahat namaz qıla biləcəyini bildirdim. Namaz qıldıqdan sonra iftar edib getdi. Ondan sonra məlum oldu ki, alim olan otağa qoyduğum pullar yoxa çıxıb. Düşündüm ki, o pulu alim oğurlayıb. Elə buna görə də daha onun namazlarına getmədim və onunla münasibətimi kəsməyə çalışdım. Amma 1 il keçdikdən sonra Ramazanda yenidən növbə bizə çatdığı üçün məcbur qalıb yenidən onu dəvət etdim və o gəldi. Bir az söhbət etdikdən sonra dedim ağa filankəs, hər halda sizinlə soyuq münasibətimi hiss etmisiniz.

O dedi: Bəli hiss etmişəm, hətta yolda salam verirəm, sən isə soyuq cavab verirsən. Amma səbəbini bilmirəm.

Dedim, səbəbi budur ki, siz keçən il namaz qıldığınız otaqdan pul götürmüsünüz.

Alim “bəli mən götürmüşəm “dedi və ağlamağa başladı.

Mən düşündüm ki, oğurluğun üstü açıldığı üçün ağlayır. Pis oldum və ona təskinlik verdim ki, ağlamayın, olub keçib artıq.

Alim “mənim ağlama səbəbim sənin düşündüyün şey deyildir” dedi. Əziz qardaşım, Namaz üçün girdiyim o otaq isti olduğu üçün pəncərəni açmalı oldum, elə bu an külək pulları otağa səpdi. Mən onları yığıb Quranın içinə qoydum. Amma sizə deməyi unutdum. Buna görə ağlayıram ki, axı necə ola bilər ki, bir müsəlman evindəki Quranı ildə bir dəfə də olsun açmayıb.

Mən bunu eşidən kimi tez otağa keçdim və Quranı açıb gördüm ki, həqiqətən də pullar ordadır.

(Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm bu Quranı tərk etdi". Furqan surəsi, ayə 30


 159, 

Dostların veb səhifələri

15700066
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3258
2851
6109
15540485
175205
160067
15700066

sizin IP ünvanınız: 18.117.94.180
2024-12-30 17:49

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!